İran Dubaya, Əbu Dabiyə və Dohaya raket hücumu edir.
Bakupost.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Qeyd edək ki, İsrail və ABŞ İrana qarşı hərbi əməliyyata 28 fevralda başlayıb. Əməliyyatın ilk dəqiqələrində endirilən zərbələrlə İranın ali dini lideri Əli Xamenei başda olmaqla, çox saydı yüksək vəzifəli məmur və general ölüb.
İran cavab olaraq ABŞ-ın Körfəz ölkələrindəki hərbi obyektlərinə və İsrailə zərbə endirir. Bir çox halda isə ərəb ölkələrində mülki infrastruktur, neft obyektləri, limanlar hədəfə alınır.