Ru
18:24 / 27 Mart 2026

Çexiya səfiri Rusiya XİN-ə çağırıldı - “Rus Evi”nə görə

Çexiya səfiri Rusiya XİN-ə çağırıldı -  “Rus Evi”nə görə
Eye

Çexiyanın Rusiyadakı səfiri Daniel Koştoval Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, buna səbəb Praqada yerləşən “Rus Evi”nə hücum olub.

Məlumata görə, Rusiya qarşı tərəfdən hadisənin araşdırılmasını tələb edib, səfirə etiraz notası təqdim edilib.

“Çexiya tərəfindən bu cinayətin operativ şəkildə araşdırılmasını, günahkarların tapılıb cəzalandırılmasını, habelə Praqadakı Rusiya nümayəndəliklərinin obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsini tələb edirik”, - deyə XİN-in etirazında bildirilir.

Qeyd edək ki, hadisə ötən gün baş verib. Naməlum şəxslər Praqada yerləşən Rus Evinin binasına altı “Molotov kokteyli” atıblar. “Kokteyl”lərdən üçü partlayaraq binanın fasadını zədələyib. Daha üç şüşə isə binanın ikinci mərtəbədəki kitabxana otağına düşsə də, onların heç biri partlamayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar