Ru
21:26 / 06 Aprel 2021

Çin səfiri Türkiyə XİN-ə çağırıldı - FOTO

Çin səfiri Türkiyə XİN-ə çağırıldı -  FOTO
Eye

Çinin Ankaradakı səfiri Lui Şaobin Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

"BakuPost" xəbər verir ki, bu, səfirliyin sosial media paylaşımları ilə əlaqədardır.

Səfiri xarici işlər nazirinin müavini Səlim Kıran qəbul edib və məsələdən narahatlıqları Çin tərəfinə çatdırılıb.

Qeyd edək ki, Çinin Ankaradakı səfirliyi tvitter hesabında İYİ Partiya rəhbəri Meral Akşener və Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaşı hədəf alıb.

Belə ki, hər iki siyasətçi 5 aprel 1990-cı ildə Kaşqar vilayətində baş verən Barın qətliamı qurbanlarını sosial media hesablarında anıblar.

Səfirlik isə onları işarələyərək, hər iki siyasətçini qınayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar