Ru
18:32 / 30 May 2026

Dağıstanda güclü yağışlar fəsadlar törədib: 100 metrlik qabion bəndi dağıldı - VİDEO

Dağıstanda güclü yağışlar fəsadlar törədib:  100 metrlik qabion bəndi dağıldı - VİDEO
Eye

Dağıstanda mayın 29-30-da yağan şiddətli yağışlar nəticəsində Axtı kəndinin girişindəki 100 metr uzunluğunda qabion (daşla doldurulan sinklənmiş (və ya alüminium) məftildən toxunmuş qutu formalar) bəndi dağılıb.

Bakupost.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Bildirilib ki, mühafizə qurğusunun daha 100 metrlik hissəsi dağılma təhlükəsi ilə üz-üzə qalıb. Məlumata görə, çayda su səviyyəsinin kəskin yüksəlməsi ilə əlaqədar su artmaqda davam edir. Vəziyyət pisləşəcəyi halda sahilyanı ərazilər, əkin sahələri, fərdi yaşayış evləri, qaz kəməri, elektrik xətləri və respublika magistralı su altında qala bilər.

Respublika Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda yola və sakinlərə birbaşa təhlükə yoxdur. Ərazidə rayonun rəhbəri və FHN əməkdaşları fəaliyyət göstərirlər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar