Ru
14:31 / 14 Sentyabr 2021

Daha 47 azərbaycanlı deportasiya edilir: aralarında jurnalist də var

Daha 47 azərbaycanlı deportasiya edilir: aralarında jurnalist də var
Eye

Bu gün daha 47 azərbaycanlı Almaniyadan deportasiya edilir.


Bakupost.az xəbər verir ki, onlar içərisində azərbaycanlı jurnalist Röya Rəfili də var.

O 3 uşağı ilə birlikdə Düsseldorf hava limanına gətirilərək ölkəyə geri qaytarılır.


Bu barədə paylaşım edən jurnalist bildirib ki, deportasiyaya səbəb yaşayış izninin olmamasıdır:


"Əlimdə deportu saxlatmaq üçün güclü, ciddi həkim rəyi var, ona baxmırlar. Kiçik uşağın atası Əfqanıstan vətəndaşıdır, uşaq qanunla heç bir ölkəyə deport oluna bilməz. Həmçinin uşağın uçuş etməsi üçün mütləq atanın icazəsi olmalıdır, bunu da sayan yoxdur”.

Xatırladaq ki, Azərbaycanda “Yeni Müsavat” qəzetinin və "Kanal 13” internet televiziyasının əməkdaşı kimi çalışan Röya Rəfili 2017-ci ildə Almaniyaya mühacirətə gedib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar