Ru
18:25 / 09 İyul 2026

Daha bir azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi — DETALLAR

Daha bir azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi —  DETALLAR
Eye

Yayılan məlumata görə “Samara Vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının sədri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib.

"Bakupost" Demokrat.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Əməkdaşımız məsələ ilə bağlı şəxsən Şirvan Kərimov ilə əlaqə saxlayıb. O, dəstəyə görə təşəkkürünü bildirib və bu məsələ ilə bağlı ətraflı danışmayacağını deyib.

Əməkdaşımızın "indi sizi Rusiyadan deportasiya edəcəklər?" sualına isə Şirvan Kərimov belə cavab verib:

"Mən iyun ayının 13-dən Bakıdayam və vətəndaşlığımın ləğv edilməsi barədə xəbəri Bakıda olarkən eşitmişəm"

Qeyd edək ki, ötən il Ulyanovsk vilayəti Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov, bu ilin fevralında isə İvanovo vilayətinin Azərbaycan diasporunun rəhbəri Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar