Ru
22:11 / 04 Avqust 2021

Daha bir deputat karantin qaydalarını pozdu - VİDEO

4025

Milli Məclisin daha bir deputatı – Novruzəli Aslanov qızına karantin qaydalarına zidd toy məclisi keçirib.

Bakupost.az Gununsesi.info-ya istinadən xəbər verir ki, deputat qızı üçün Bakının tanınmış restoranlarından birində təşkil etdiyi məclisdə 300 nəfərə yaxın adam olub.

Novruzəli Aslanovun karantin müddətində toy məclisləri üçün müəyyən edilən 150 nəfərdən artıq adam toplaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Həm də bəstəkar olan Novruzəli Aslanov təkcə 10 nəfərə yaxın müğənnini məclisə çağırıb.

Bundan başqa millət vəkilinin qohumları ilə yanaşı, deputat həmkarları, ictimaiyyət nümayəndələri də toyda olub.

Bəs görəsən, müvafiq qurumlar müəyyən olunmuş say həddindən artıq adamları başına toplayan deputatı məsuliyyətə cəlb edəcəkmi?

Qeyd edək ki, 58 yaşlı N. Aslan İsmayıllıdan 4 çağırış deputat seçilib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər