Ru
14:11 / 02 Sentyabr 2025

Daha bir ölkə Fələstin dövlətini tanıyacağını açıqladı

Daha bir ölkə Fələstin dövlətini tanıyacağını açıqladı
Eye

Belçika BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyır.

Bakupost.az xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Maksim Prevost deyib.

O bildirib ki, bu qərar Fələstində, xüsusən də Qəzzada baş verən humanitar faciə fonunda və İsrailin beynəlxalq hüquqa zidd olaraq törətdiyi zorakılığa cavab olaraq qəbul edilib:

“Belçika Fransa və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi birgə diplomatik təşəbbüs çərçivəsində Fələstin dövlətini tanımaq niyyətindədir”.

Qeyd edək ki, Belçika Nyu York Bəyannaməsini imzalayanlara qoşularaq, iki dövlətli həllə və ya İsraillə yanaşı dinc yaşayan Fələstin dövlətinin yaradılmasına çalışır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar