Malayziya “Facebook”, “Instagram”, “Tik-Tok” və “YouTube” daxil olmaqla, müxtəlif sosial media platformalarına uşaqların girişini qadağan edib.
Bakupost.az xəbər verir ki, bu addımlar ölkədə təxminən 8 milyon sosial media istifadəçisinə təsir edəcək.
Hökumət yeni qanunla şirkətlərdən yaş yoxlama sistemlərini aktiv hala gətirmələrini tələb edib. Buna əməl etməyən sosial media şirkətləri hər bir pozuntuya görə 2,5 milyon dollara qədər cərimə edilə bilər.
Xatırladaq ki, Avstraliya bu sahədə ilk addımı atan ölkə olub.
Daha sonra İndoneziya da oxşar qərar qəbul edib.
Avropada isə bu istiqamətdə hazırlıqlar gedir. Polşa, Danimarka, Fransa, İspaniya, Yunanıstan və Böyük Britaniya oxşar qanunların tətbiqini nəzərdən keçirir.
Bahar Babaşova, BakuPost