Ru
10:40 / 07 Fevral 2026

Daha bir qanunsuz tikili söküldü - VİDEO

Daha bir qanunsuz tikili söküldü - VİDEO
Eye

Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində qanunsuz tikinti işləri aparması faktı aşkar edilib.


Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Böyük Bəhmənli kəndi ərazisində fiziki şəxs Aydınov Fuad Əbülfət oğlunun qanunsuz tikinti işləri aparması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar