Ru
10:24 / 07 Fevral 2026

General-leytenant təqaüdə göndərildi

General-leytenant təqaüdə göndərildi
Eye

Dövlət Sərhəd Xidməti (DSX) Mərkəzi Aparatının sabiq rəhbəri general-leytenant Babək Qurbanov təqaüdə göndərilib.




Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 43 yaşlı general öz istəyi ilə xidmətdən ayrılıb.
B.Qurbanov İkinci Qarabağ müharibəsində şücaət göstərən zabitlərdəndir. Müharibədən sonra o, bir sıra orden və medallarla təltif edilib, həmçinin “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb. Onun əkiz qardaşı Bayram Qurbanov da hərbçidir. Polkovnik B.Qurbanov Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə davam edir.

Xatırladaq ki, general-leytenant bu yaxınlarda DSX Mərkəzi Aparatının rəhbəri vəzifəsindən çıxarılıb. 

Xəbər verdiyimiz kimi artıq həmin vəzifəyə general-mayor Faiq Məmmədov təyin edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar