Ru
08:52 / 11 Sentyabr 2025

Azərbaycanda "5-ci kalon" hərəkətə keçdi - Elçin Mirzəbəyli

Azərbaycanda "5-ci kalon" hərəkətə keçdi - Elçin Mirzəbəyli
Eye

Havadan “Daş yuxular”ın qoxusu gəlir və zərrə qədər də şübhə etmirəm ki, Azərbaycan nəsrinin üzqarası olan bu şər-böhtan yığınının sifarişçiləri ilə “köçkün” mövzusu ətrafında ajiotaj yaradanlar eyni mərkəzdən idarə olunurlar. Yəni, “atan kazaklardı…”

Biz bu qəbildən olan bölücülük toxumlarının ictimai rəyə səpildiyi zaman kəsiyini çox yaxşı xatırlayırıq. Doxsanıncı illərin əvvəllərinin dərəbəyliyindən, ağrı-acısından keçənlər bu gün sosial şəbəkələri başına götürən şaiyə “istehsalçıları”nın “xammal”la haradan təmin edildiklərini, düşünürəm ki, yaxşı bilirlər.

“Beşinci kolon” və yüz illər boyu Cənubi Qafqazı eyni siyasi texnologiyalarla qan çanağına çevirmək istəyənlər yenə də iş başındadırlar. Bu mövzuda ictimai qınaq effektiv deyil və təəssüf ki, bir çox hallarda hansı baxış bucağından sıyrılmasından asılı olmayaraq, qeyri-peşəkar mülahizələr daha çox ziyan verir.

Ona görə də, meydanı SİLİB-SÜPÜRMƏK lazımdı!


Elçin Mirzəbəyli

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar