Dünən paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində ictimai yerdə ölüm qeydə alınıb.
Bakupost.az xəbər verir ki, Şirvan şəhər sakini 1966-cı il təvəllüdlü Elşən Əlikram oğlu Quliyev M.S.Ordubadi küçəsi 3-də yerləşən avtobus dayanacağında qəflətən ölüb.
Onun infarktdan vəfat etdiyi bildirilib.
Araşdırma aparılır.