Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində baş verib.
Qovlar şəhər sakinləri – 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı zəhərlənmə diaqnozu ilə dünən günorta saatlarında xəstəxanaya yerləşdiriliblər. Dərhal tibbi yardım edilən zərərçəkənlərin vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.