Ru
10:42 / 03 Noyabr 2021

Deputat xaricdə oxuyanları sərt tənqid etdi: "Ailələr sponsora çevrilir" - VİDEO

11709

“Vətəndaşlar xarici ölkələrin universitetlərinə imtahan vermədən tələbə olurlar. Bu zaman onların orada necə oxumaqları ilə bağlı çoxlu suallar yaranır”.


Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, professor Musa Qasımlı çıxışı zamanı deyib:

“Valideyn onların oxuması üçün təhsil haqqını burdan göndərir. Həmin universitetlər üçün vətəndaş, Azərbaycan ailəsi az qala sponsora çevrilir. Geri qayıtdıqları zaman isə Təhsil Nazirliyi, dövlətimiz və bəlli qurumlar problemlə üzləşir. Bu gün Təhsil Nazirliyini məhkəməyə verən nə qədər vətəndaşlar var. Həmin vətəndaşlar məhkəmələrə üz tuturlar və bəlli bir gərginlik yaranır. Bunun qarşısını necə ala bilərik?! Axı Təhsil Nazirliyinin işi təkcə diplomların tanınması ilə deyil. Qərb ölkələrində olan təhsilə nəzər salmalıyıq, qəbulu asanlaşdırmalıyıq. Hansı vətəndaşımız təhsil almaq istəyirsə buyurub gəlsin. Universitet qapıları onun üzünə açıqdır. Təhsil hamı üçün bərabərdir. Amma təhsili xeyli dərəcədə sərtləşdirməliyik, şəffaflaşdırmalıyıq, ciddiləşdirməliyik”.

Daha ətraflı videomaterialda:



A.Nəbiyeva
BakuPost

Şərhlər
  • Tahir

    Guya bizdə imtahan verib normal təhsil alırlar.Sənin kimilərin davası yorğan davasıdır, təhsil davası deyil. Yəni pulları öz "təhsil müəssisələrinə" (oliqarxlara) yönəltmənin davasıdır. On illərdir təhsilimiz iqtisadçı təhsil nazirlərinin hesabına artıq reanimasiyada nəfəs aparatına qoşulub və çiyərlərinin 90 faizində buzlaşma gedir. Müalicəsi isə yalnız Allahın ümidinə qalıb. Mənzərə təssüf ki belədir. Sən özün isə ölkə təhsilinin, ziyalılıgının mədəsində bir qarayarasan...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər