Ru
17:34 / 23 Dekabr 2025

Deputata məxsus olduğu deyilən şirkət 1 ildə 4,6 milyonluq sifariş alıb

Deputata məxsus olduğu deyilən şirkət 1 ildə 4,6 milyonluq sifariş alıb
Eye

Ali Atestasiya Komissiyası mebel və avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, tenderin qalibi "Embawood” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 791 295,46 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Embawood” MMC-nin 11 iyun 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 3750 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, B.Bağırova küçəsi, ev 15 A-da yerləşən "Embawood” MMC-nin qanuni təmsilçisi Əliyev Emil Vaqif oğludur. Emil Əliyevin haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Mebel sahəsində fəaliyyət göstərən "Embawood” MMC-nin təsisçisi deputat Məşhur Məmmədovdur. Bu fakt onunla bağlı bioqrafik məlumatlarda da yer alıb. Məşhur Məmmədov 2020-ci ildən deputatdır.

"Embawood” MMC cari ildə 11 tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 4 652 474,74 manat edir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar