Ru
12:49 / 11 Sentyabr 2019

Əli Əhmədovla Sərdar Cəlaloğlu arasında gərginlik

4886

"Bilmədiyin halda burda niyə ağlına gələn bəyanatları səsləndirirsən?”



“Heç bir dövlətə, beynəlxalq təşkilata dövlətin işinə qarışmaq səlahiyyəti verilməyib”.

Bu sözləri "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda keçirilən dəyirmi masada baş nazirin müavini Əli Əhmədov bildirib.

Musavat.com xəbər verir ki, Ə.Əhmədov öz çıxışında beynəlxalq təşkilatların seçkilərə müdaxilə edə bilməyəcəyini deyib:

“Bəli, müdaxilə edə bilməz, müşahidə edə bilər. İkincisi, Sərdar Cəlaloğlu, sən səsləndirdin ki, Patruşovla olan danışıqlarda Patruşov “20 yanvarda olduğu kimi üsyan olsa, daxili qoşunlar xalqa qarşı qaldırılsın”, deyib. Sən bəyəm o danışıqlarda iştirak etmisən ki? Bilmədiyin halda burda niyə ağlına gələn bəyanatları səsləndirirsən?”

Ə.Əhmədov eyni zamanda dedi ki, hazırda burda dedi-qodu ilə məşğul olmaq doğru deyil: “Bütün məsələləri müzakirə etməyə çalışsaq, heç nəyə nail ola bilməyəcəyik. Qəlbimizdə olan bütün məsələləri bura tökmək istəyiriksə, bu, başqa məsələdir. 90-cı illəri hamımız xatırlayırıq. Bu günkü Azərbaycanla o günkü Azərbaycanı müqayisə etmək, bugünkü Azərbaycanı tənqid atəşinə tutmaq doğru deyil. 30 il əvvəlki Azərbaycan indiki kimi idi? Neft pullarının xərclənməsi deyirsiz. Bakının gözəlləşməsi, ölkənin inkişafı üçün sərf edilən vəsaitlər var”.

Bu yerdə S.Cəlaloğlu yerindən replika ataraq, “o milyardlar nazirlərə verilib. Milyardları oğurlayan nazirlərə” - deyib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər