""Diffamasiya haqqında” qanunun hazırlanması ilə bağlı araşdırma aparılır".
Bakupost.az xəbər verir ki, bunu MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Media və Hüquqi Maarifləndirmə” mövzusunda keçirilən tədbirdə deyib.
“Yekunda bir layihə olarsa, biz onunla bağlı Baş Prokurorluqla birgə müzakirələr aparacağıq”, - o vurğulayıb.
Ə. İsmayılov qeyd edib ki, jurnalistlər də digərləri kimi cinayət törədirsə, məsuliyyətə cəlb olunmalıdır.