Ru
20:36 / 02 Oktyabr 2025

Dik Sxofdan İlham Əliyevlə görüş barədə - Paylaşım

Dik Sxofdan İlham Əliyevlə görüş barədə - Paylaşım
Eye

Niderlandın Baş naziri Dik Sxof özünün “X” hesabında Prezident İlham Əliyevlə Kopenhagendə keçirdiyi görüşlə bağlı paylaşım edib.

Bakupost.az xəbər verir ki, paylaşımda görüş zamanı ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin müzakirə olunduğu bildirilib.

“Bu gün Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Mən Azərbaycanla əlaqələrimizi və Azərbaycan-Ermənistan sülh prosesində əldə olunan irəliləyişi yüksək qiymətləndirdiyimi ifadə etdim. Biz ticarət, logistika və dənizlə bağlı sahələrdə əlaqələrimizin genişləndirilməsi fürsətlərini müzakirə etdik”, - Niderlandın Baş naziri paylaşımında bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar