Ru
12:17 / 03 Fevral 2026

DİN əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO

DİN əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Eye

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışını təşkil edən Xəqani Həmzəyev və Kənan Quliyev paytaxt ərazisində tutulublar.


Bakupost.az xəbər verir ki, onlardan 26 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və metamfetamin aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb. X.Həmzəyev və K.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar