Ru
11:54 / 19 Oktyabr 2026

Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - VİDEO

Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı  - VİDEO
Eye

Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı əməliyyatları davam etdirir.

DİN-in Mətbuat Xidmətindən "Bakupost"a bildirilib ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törədən Fuad İbrahimovla birgə qeyd edilən cinayət əməlində əlbir olan tanışı İlkin Novruzov da müəyyən olunaraq tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində müvafiq istintaq hərəkətləri davam etdirilir.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar