Ru
15:53 / 12 İyul 2019

Direktorunun otağına qumbara atan şəxsin məhkəməsində ANAMA-çılar dindiriləcək

3268

 

Sumqayıtda müdirin otağına bomba ataraq onu öldürmək cəhddə təqsirləndirilən Şirin Astanovun məhkəməsi davam edib


Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə prosesdə şahid qismində "Azkompozit” MMC şirkətinin mühasibi Nailə İbrahimova bildirib ki, Şirin Astanov işdənçıxma ərizəsini ona təqdim edib: "Öz ərizəsi ilə işdən çıxıb. Heç bir narazılıq yox idi. Hadisə günü müdirin köməkçisi Aynur dedi ki, Şirin dayı ofisə gəlib. Direktorla görüşmək istəyir. Amma direktorun vaxtı olmadığı üçün onu geri qaytarıb. Şirin dayı bir neçə dəqiqədən sonra qayıdıb Aynuru itələyərək otağa keçib. Aynur bunları danışanda əsirdi".


Prosesdə şirkətdə mühəndis işləyən Rəsul Məmmədov da ifadə verib. O qeyd edib ki, direktorun otağından səs gələndə otaqdan çıxaraq ora gedib: "Köməkçinin səsinə qaçdım. Otağa keçəndə gördüm ki, Şirin dayı yerdədir. Rəsul müəllim də onun sinəsində oturub. Onları sakitləşdirmək istəyirdik. Bu vaxt qumbara ayağımın altında düşdü. Özümü itirdim, bir anlıq donduq. Qumbaranı vurub ayağımın altından uzaqlaşdırdılar. Mən dedim bəlkə indi partlayacaq. Hamımız birlikdə gedəcəyik. Qışqırdım ki, gəlin buradan çıxaq". 


Şirin Astanovun vəkili məhkəməyə müraciət edərək ANAMA işçilərinin şahid qismində dindirilməsini istəyib.

 

Vəkil deyib ki, qumbara Şirin Astanova məxsus olub və sadəcə təlim məqsədilə olub. "Cinayət işi materiallarından görünür ki, qumbara ANAMA tərəfindən zərərsizləşdirilib, yəni partladılıb. Ancaq ANAMA işçilərindən heç kim şahid kimi dindirilməyib. Vəsatət verərək həmin şəxslərin dindirilməsini istəyirik”,


Məhkəmə vəsatəti təmin edib. 


Qeyd edək ki, hadisə bu ilin martında Sumqayıtda yerləşən "Azkompozit” MMC şirkətində baş verib. Şirkətin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Şirin Astanov direktor Rəsul Baxşəliyevin kabinetinə gəlib. Onda əvvəlki işinə bərpa olunmasını tələb edib. Tərəflər arasında mübahisə yaranıb. Daha sonra Şirin Astanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb və direktorun otağına atıb. Amma qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər