Ru
12:36 / 07 İyun 2021

3 min illik yaşı olan dondurma haqqında bilmədiklərimiz - Gündüz yemək olmaz

3 min illik yaşı olan dondurma haqqında bilmədiklərimiz -  Gündüz yemək olmaz
Eye

Dondurma saat 22:00-dan sonra yeyilməlidir.

Bakupost.az xəbər verir ki, dondurma haqqıında danışan türkiyəli həkim Fevzi Özgönül onun vitamin və minerallarla zəngin olduğunu bildirib:

“Dondurma ilk dəfə 3000 il öncə çinlilər tərəfindən hazırlanıb. 1777-ci ildə ABŞ-a sıçrayan dondurma istehsalı 19-cu əsrin ortalarına qədər sadəcə evlərə çatdırılan qida olub.

2000-ci illərin ikinci yarısından isə dondurma istehsalı sənayeləşməyə başladı.

Dondurma bir sıra vitamin və minerallarla zəngindir. A, B, C, D və E qrupu vitaminlər, kalsium, fosfor, maqnezium, sodium, potasium, dəmir və sink kimi minerallar orqanizmimiz üçün çox önəmlidir.

Hamımız gündüz yeyib, çəki almarıq, deyə düşünürük. Amma bu yanlış fikirdir. Dondurma yemək istəyirsinizsə, əsla gündüz yeməyin. İçərisindəki şəkərin zərərli olmaması üçün, yeyilən vaxt axşam saat 22:00-dan sonradır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar