Ru
09:55 / 11 Sentyabr 2019

Dostunu öldürən şəxs şikayətindən imtina etdi

Dostunu öldürən şəxs şikayətindən imtina etdi
Eye

Dostunu öldürməkdə təqsirləndirilən Əli Nağıyevin barəsindəki hökmdən verdiyi şikayıt üzrə məhkəmə prosesi keçirilib.


Bakupost.az-ın məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs şikayətindən imtina edib. Bu səbəbdən şikayətə baxılmasına xitam verilib.


Qeyd edək ki, hadisə 2017-ci il fevralın 28-də Bakının Bayıl qəsəbəsində baş verib. 1985-ci ildə Naxçıvanda anadan olmuş Ə.Nağıyev mübahisə zəminində dostu Nail Abdurəhmanovu bıçaqlayaraq qətlə yetirib. Daha sonra Ə.Nağıyev Gürcüstana qaçıb. Lakin orada saxlanılıb və Bakıya ekstradisiya edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ə.Nağıyev 13 il azadlıqdan məhrum edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar