Ru
14:07 / 27 Oktyabr 2025

Dövlət Komitəsinin sektor müdiri vəfat etdi - FOTO

Dövlət Komitəsinin sektor müdiri vəfat etdi - FOTO
Eye

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sektor müdiri vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, Dövlət Komitəsinin Sənədlərlə və vətəndaşların müracətləri ilə iş şöbəsinin Sənədlərin qəbulu, qeydiyyatı və icraya nəzarət sektorunun müdiri Sevinc Salahova dünyasını dəyişib. Marqarita pizza

O, ağır xəstəlik nəticəsində 44 yaşında vəfat edib.

Dövlət Komitəsinin rəhbərliyi və kollektivi mərhumun doğmalarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Salahova Sevinc Arıf qızı 14 iyul 1981-ci ildə anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsini bitirib. 2005-ci ildən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı idi. Qurumun bir sıra struktur bölmələrində məsləhətçi, aparıcı məsləhətçi işləyib. 2019-cu ilin iyul ayından Dövlət Komitəsi Aparatının “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi”nin “Sənədlərin qəbulu, qeydiyyatı və icraya nəzarət” sektorunun müdiri idi.

S.Salahova dövlət qulluğunun kiçik müşaviri rütbəsi almışdı, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Subay idi.

Allah rəhmət eləsin!




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar