Ru
17:52 / 23 Yanvar 2026

Dövlət Məşğulluq Agentliyində yeni TƏYİNAT

Dövlət Məşğulluq Agentliyində yeni TƏYİNAT
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub.

Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov əmr imzalayıb.

Əmrə əsasən, Qasımov Tamerlan Məhəmməd oğlu Böyük qayıdışa dair məşğulluq məsələləri departamentinin müdiri təyin edilib.

T.Qasımov bundan əvvəl Mərkəzi Aran Regional Məşğulluq filialının müdiri işləyib. Daha əvvəl isə bir sıra banklarda rəhbər vəzifələrdə çalışıb.

Eyni zamanda Yunuslu Səbuhi Nəzər oğlu həmin departamentin müdir müavini vəzifəsinə gətirilib. S.Yunuslu bundan əvvəl adıçəkilən departamentin Proseslərin koordinasiyası şöbəsinin müdiri idi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar