Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və s.) ilə təchiz edən şəbəkə ifşa olunub.
Bakupost.az xəbər verir ki, onlar Dövlət İmtahan Mərkəzinin müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən görülmüş tədbirlərlə müəyyənləşdirilərək saxlanılıblar və barələrində DTX-də cinayət işi başlanılıb.
Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün sosial şəbəkə hesabında
paylaşım edib.
Qeyd edilir ki, göstərilən məsələ bəzi abituriyentlərin nəticələrinin ləğv olunması ilə nəticələnib.