Ru
19:41 / 16 Oktyabr 2021

Dünya onu çox axtaracaq...

4424

İbrahim Nəbioğlu


16 il əvvəl iqtidara gələn Almaniya Kansleri vida ziyarəti çərçivəsində bu gün Türkiyəyə gəlir.


16 il əvvəl necə gəlmişdisə eləcə də gedir – rəngli pencək və ətəkləri, yaşadığı ev, təvazökar həyat tərzi, əri ilə həftədə bir çıxdığı sadə bazarlıq alışqanlıqları və daha nələr, nələr. Heç nəyini dəyişmədi, hətta mimikalarını və əl hərəkətlərini də.

Almaniyanın “Əbədi Kansler”i deyirlər artıq ona. Merkel vəzifəsindən öz istəyi ilə istefa verir. O, uzun illər dünyanın dördüncü ən böyük iqtisadiyyatı olan Almaniyaya birbaşa və dolayısı ilə dünyanın ən böyük iqtisadi birliyi olan Avropa Birliyinə (AB) rəhbərlik etdi.

Birlik daxilində onun istəmədiyi demək olar ki, heç bir tənzimləmə edilə bilmədi, çətin vəziyyətdə olan ölkələr, banklar və şirkətlər çarəni onda axtardılar. ABŞ, Rusiya və Çin başda olmaqla, AB ilə hər hansı bir mövzuda danışıqlar aparmaq və ya müqavilələr bağlamaq istəyənlər ilk onunla görüşürdülər.

Merkel verdiyi qərarlarla AB-də yaşayan insanların həyatına, hətta öz siyasətçilərindən daha çox təsir etdi.
Adı sabitlik ilə sinonim oldu. İndi o artıq bir əfsanədir, 21-ci əsrin başlarına damğa vurmuş bir əfsanə. Bu qarışıq dünya onu çox axtaracaq...


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər