Ru
15:33 / 14 Oktyabr 2025

Buğdanın qiyməti minimuma endi

Buğdanın qiyməti minimuma endi
Eye

Buğdanın qiyməti ABŞ və Çin arasında gərginləşən ticarət münasibətləri fonunda son beş ilin minimum səviyyəsinə enib.

Bakupost.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, bir buşel (təxminən 38,7 kiloqram) buğdanın qiyməti 4,9 dollar təşkil edib. Bu, 2020-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir.

Məlumata əsasən, buğdanın qiyməti artıq dörd gündür ardıcıl olaraq ucuzlaşır.

ABŞ-nin bazar araşdırmaları ilə məşğul olan “Hightower Report” şirkətinin hesabatında qeyd olunur:
“Dünyada buğdaya tələbat daimi olsa da, hazırda ehtiyatların çoxluğu səbəbindən istehlakçılar tərəfindən aktiv alışa ehtiyac duyulmur.”

Agentlik bildirir ki, ABŞ və Çin arasında ticarət əlaqələrinin pisləşməsi həm də ABŞ soya məhsullarına olan tələbatın azalmasına gətirib çıxarıb.

Oktyabrın 9-da Çin Ticarət Nazirliyi nadir torpaq metallarının və onlarla bağlı texnologiyaların ixracına nəzarəti sərtləşdirən iki sənəd açıqlayıb. Ardınca, oktyabrın 10-da ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, noyabrın 1-dən etibarən Çin məhsullarına tətbiq edilən rüsumlar 100 faizədək artırılacaq, həmçinin proqram təminatının ixracına nəzarət tədbirləri gücləndiriləcək.

Nəticədə, ABŞ-nin Çindən idxal olunan mallara tətbiq etdiyi ümumi tariflərin 130 faizə qədər yüksələcəyi ehtimal olunur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar