Ru
18:38 / 30 Yanvar 2026

Dünyanın ən ləzzətli mətbəxləri: Azərbaycan neçəncidir?

Dünyanın ən ləzzətli mətbəxləri: Azərbaycan neçəncidir?
Eye

Ən ləzzətli mətbəxə malik ölkələrin reytinqi dərc olunub.

Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “World Population Review” məlumat yayıb.

Məlumata görə, Azərbaycan siyahıda 56-cı yerdə qərarlaşıb.

Yunanıstan yenə də reytinqə başçılıq edir. İtaliya, Meksika, Türkiyə, İspaniya, Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin ilk onluğa daxil olub.

Postsovet ölkələri arasında Gürcüstan ən yüksək reytinqə malik olub. Qonşumuz siyahıda 30-cu yeri tutub. Rusiya 34-cü, Ukrayna 43-cü, Belarus isə 75-ci yeri tutub.

Ermənistan və Qazaxıstan mətbəxləri reytinqdə ən pis hesab edilərək 92 və 93-cü yerlərdə qərarlaşıb.

Reytinqin son pillələrində Nikaraqua, Laos və Boliviya qərarlaşıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar