ABŞ prezidenti Donald Trampın Çinə səfərinin vaxtı açıqlanıb.
Tramp mayın 13-15-i arası Pekində səfərdə olacaq. Burada o, Çin lideri Si Szinpinlə görüşəcək.
Qeyd edək ki, bu görüş 31 mart-2 aprel arasında baş tutmalı idi. Lakin İranla müharibə səbəbind’n təxirə salınmışdı.
Onu da xatırladaq ki, bu Trampın Çinə ikinci rəsmi səfəri olacaq. O, ilk dəfə 2017-ci ildə, yəni birinci prezidentliyi dövründə Pekində səfərdə olub.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu
Bakupost.az-a bildirib ki, Trampın Çin səfərindən çox ciddi nəticələr gözlənilir:
“Trampın Çinə səfəri çox çətin keçəcək. Çin ABŞ-nin əsas rəqibidir. İqtisadi, hətta son zamanlar hərbi gücünə görə də xeyli güclənib. İqtisadi gücünə görə hətta 2030-cu ilə qədər Amerikanı da qabaqlaya bilər. Çin Asiya və Sakit Okean bölgəsində hərbi qüdrətini də artırır. Əsas məqsədi də Tayvan adasını nəzarətə götürməkdir. ABŞ Tayvanı Çinin bir hissəsi hesab etsə də, onun zorla, güc yolu ilə ələ keçirilməsinə qarşıdır. Böyük ehtimalla Trampla Çin lideri Si Szinpin arasında bu mövzuda müzakirələr olacaq”.
Ekspert deyir ki, Tayvan məsələsində tərəflərin razılığa gələcəklərinə inanmır:
“Çünki Amerika Tayvana dəstəkdən imtina etməyəcək. İqtisadi, hərbi sahədə onlar əməkdaşlıq edir. Ona görə də Tayvan məsələsində tərəflər arasında razılığın əldə olunacağını düşünmürəm”.
Mərkəz sədri hesab edir ki, tərəflərin müzakirə edəcəkləri digər mövzu iqtisadi əməkdaşlıq məsələlərilə bağlı olacaq:
“Tramp Çinin idxal-ixrac əməliyyatlarında Amerika qaydalarına əməl etmədiyi qənaətindədir və o, yeni qaydalar müəyyən etməyə çalışır. Bu istiqamətdə də geniş fikir mübadiləsi olacaq. Ancaq burada da razılığın əldə olunacağı problematikdir. Bəlkə də hansısa məsələlərdə şifahi razılaşmalara gedə bilərlər”.
Politoloqun sözlərinə görə, danışıqların digər mövzusu isə İranla bağlı olacaq:
“Tramp hesab edir ki, Çinin İrana təsir gücü var. Yəni Pekin istəsə, Tehranı ABŞ-nin şərtlərini qəbul etməyə vadar edə bilər. Sözsüz ki, İrandakı rejimin ayaqda qalmasında Çinin böyük rolu var. Pekin Tehrana hərbi dəstək verib, kəşfiyyat məlumatlarını bölüşüb”.
Bununla belə həmsöhbətimiz Çinin İrana təsir edəcəyini düşünmür:
“Çinki Amerikanın marağına uyğun Tehrana təsir etmək Çinin maraqlarına cavab vermir. Düzdür, indi Çin İrandan əvvəlki tək neft və nadir torpaq elementləri ala bilmir. Amma onun alternativləri də var. Pekin Rusiya və Afrika ölkələrindən neft alışını artıra bilər. Çin bütün hallarda Hörmüz boğazı məsələsinin İranın məğlubiyyəti hesabına həllini istəmir”.
Rüfət Sultan, BakuPost
Şərqdə *Böyük* sözü bir neçə məğzi (təmkinli ağsaqqal, mərhəmətli tərəfdaş, ehtiyatlı-mütənasib, adekvat mövqeli, müdrik) mənalarında işlənir. Məncə, Tayvan və İranla tam hüquqi və qarşılıqlı səmərəli olacaq təmkinl Böyük ÇXRnın dünyanın hər dövlətinə verə biləcəyi cüzi də olsa nələrisə var? Yüksək texniki bazalı belə dövlətlərin də heç biri hazırda (sahə yenilikçisi Yaponiya, ilkin tətbiqə çalışan ABŞ və Korey də daxil) ən azı müxtəlif sonsuz saylı mikrosxemləri daha sərfəli istehsal arsenalında deyilllər. Keçmiş SSRİnin ən mühüm (idarə edidici elektron başlıqlarını yığan) ölkəmiz postsovet dövründən heç bir oxşar ciddi texnoloji iteqrasiya, kooperasiya ilə məşğul deyil?