Ru
12:32 / 29 Avqust 2022

Əflatun Amaşov Mətbuat Şurasından gedir? - Qurultay toplanır

5443
Mətbuat Şurasının sədri Əflatun Amaşov tutduğu vəzifədən gedir.


Bakupost.az “Unikal”a istinadən xəbər verir ki, Əflatun Amaşov bununla bağlı qərarını yaxın günlərdə açıqlayacaq.


Mətbuat Şurasının sədri vəzifəsini qurultaya qədərki dövrdə İdarə Heyətinin üzvü, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid icra edəcək.


Məsələylə bağlı Əflatun Amaşov bildirib ki, qurultayın vaxtından bir neçə ay keçdiyi üçün İdarə Heyəti toplanacaq: “İdarə Heyətinin iclasında qurultayın zamanı müəyyənləşəcək. Yeni tərkib formalaşacaq. Sədrin seçilməsi və digər məsələlər qurultayda həll olunacaq”.


Rəşad Məcid isə Oxu.Az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşovun istefa verməsi ilə bağlı məlumatlı olmadığını bildirib: “Mətbuat Şurasının İdarə Heyəti toplanacaq və qurultayın vaxtını təyin edəcəklər. Sədr seçkisi də qurultayda jurnalistlərin iradəsinə bağlıdır”.
Şərhlər
  • t.ədalət

    Mətbuat Şurasının ən yaxşı sədri Əflatun Amaşovdur.Sonra gələnlərin onun səviyyəsində olacağı inandırıcı görünmür.Rəşad Məcid AYB-dən,çətin ki ayrılsın.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər