Ru
17:56 / 29 Aprel 2024

Ermənistan çalxalanır: Paşinyan təcili iclas keçirir

1252
Tavuş vilayətinin qubernatoru Vahe Qalumyan bu dəqiqələrdə Ermənistan hökumətinin binasına gəlib. O, jurnalistlərin suallarını cavablandırmaqdan imtina edərək çox sürətlə binaya daxil olub.

Bakupost.az -ın News.az-a istinadla məlumatına görə, təxminən 10 dəqiqə sonra 10 nəfər Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Bundan əvvəl bildirilib ki, Nikol Paşinyanın bu gün İrəvanda Xeryimli (Kirants-red.) sakinləri ilə görüşü planlaşdırılır.

Qeyd edək ki, Qazaxın 4 kəndinin - Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) Azərbaycana qaytarılması qərarından sonra Ermənistanın Tavuş bölgəsində və İrəvanda etiraz aksiyaları keçirilir. Ermənistandakı "Qarabağ klanı" hər vəchlə iki ölkə arasında əldə olunan razılaşmanı pozmağa çalışır.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər