Rusiya prezidenti Vladimir Putin yenidən prezident seçildikdən sonra ilk xaricə səfərini Çinə edib.
Bakupost.az xəbər verir ki, Çinin paytaxtı Pekinə gələn Putin 2 günlük rəsmi səfəri çərçivəsində Çin Dövlət Başçısı Si Cinpinlə görüşəcək və iki ölkə arasında əldə olunan bir çox razılaşmaları imzalayacaq.
Putin həmçinin Çinin Baş naziri Li Jianqla da görüşəcək. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümü şərəfinə təşkil olunacaq zyafətdə iştirak edəcək.
Putin Çinin Harbin şəhərinə də səfər edəcək.
Elnur
BakuPost