Ru
22:12 / 31 Oktyabr 2024

Ukrayna Başqırdıstana hücum etdi

Ukrayna Başqırdıstana hücum etdi
Eye

Oktyabrın 31-i axşam Başqırdıstan səmasında pilotsuz uçuş aparatları görünüb.

Bakupost.az -in UNİAN-a istinadən məlumatına görə, PUA-ların neft-kimya zavodu hücuma etdiyi bildirilir.

Ufa hava limanı təyyarələrin uçuşu və qəbuluna məhdudiyyətlər tətbiq edib.

Respublika başçısı Radiy Xabirov özünün Teleqram kanalında yazıb ki, pilotsuz təyyarələr yanacaq-energetika kompleksində yerləşən sənaye müəssisələrinə hücum edib.

Onun sözlərinə görə, ilk pilotsuz uçuş aparatı müəssisələrdən birinin ərazisinə düşüb, orada “minimal ziyan” vurub – operatorun binasındakı şüşə sındırılıb. Digər iki PUA sənaye zonasına düşüb. Tələfat və dağıntı yoxdur, müəssisələr normal rejimdə işləyir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar