Ru
09:00 / 07 Noyabr 2019

“Əgər demokratlar qayıtsa…” - Tramp xalqa xəbərdarlıq etdi

1488
ABŞ prezidenti Donald Tramp demokratları “totalitarizm”də günahlandırıb və 2020-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəkləri təqdirdə iqtisadi gərginliyin qaçılmaz olacağını deyib.

BakuPost “TASS”a istinadla xəbər verir ki, o bu sözləri Luizianada tərəfdarlarının qarşısında çıxış edərkən səsləndirib.

“Amerikanı dəyişdirmək istədikləri zaman demokratlar daha çox totalitar vəziyyətə düşürlər: narazıları sıxışdırırlar, günahsız insanlara böhtan atırlar, qanun normalarını məhv edirlər, nümayiş proseslərinə zəmin yaradırlar və sosialist gündəliyinə zərbə vurmaq üçün Amerika demokratiyasını devirməyə çalışırlar. Dəqiq olaraq deyirəm: demokratlar qayıtsa, deməli, siz heç bir zaman görmədiyiniz depressiyaya düşəcəksiniz”, - deyə ABŞ lideri bildirib.

O öz çıxışında, həmçinin 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini, yayda demokratların vahid namizədinin təyin olunacağını və noyabrda seçkilərin olacağını da əlavə edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər