Xalq yazıçısı, siyasi xadim Elçin Əfəndiyevin anadan olmasının 83 illiyi münasibətilə I Fəxri xiyabanda məzarı ziyarət olunub.
Bakupost.az xəbər verir ki, ailə üzvləri, sənət yoldaşları, dostları onun xatirəsini anaraq məzarı üzərinə güllər düzüblər.
Qeyd edək ki, E.Əfəndiyev 1993-cü ildən 2018-ci ilə qədər Azərbaycan Baş nazirinin müavini vəzifəsində çalışıb. “Şərəf”, “Şöhrət”, “İstiqlal” ordenlərinə, eləcə də “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
O, ötən ilin avqustunda 82 yaşında vəfat edib.