Ru
10:20 / 23 Yanvar 2020

Eldar Əzizovdan icra başçılarına XƏBƏRDARLIQ

7841
Bakı Şəhər İcra Hakimiyyətində aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə 2020-ci ildə iş, forma və metodlarına, eləcə də fəaliyyətdə aşkarlığın daha da artılılması məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.

Qurumdan verilən məlumata görə, müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının apardığı çoxşaxəli islahatların bir çox neqativ halların qarşısını aldığını və bu sahələrdə şəffaflığın təmin olunduğunu bildirib. O, Prezident İlham Əliyevin rəhbər şəxslər qarşısında qoyduğu tələblərə toxunaraq bildirib ki, hər bir rəhbər işçi öz fəaliyyətində təmiz əllər və şəffaflıqla çalışmalıdır.


Struktura daxil olan xidmətlərin fəaliyyətindən danışan Eldar Əzizov qeyd edib ki, hər bir qurum xüsusilə maliyyə məsələlərinə çox ciddi yanaşmalı, ayrılan vəsaitlərdən səmərəli istifadə olunmalı, görülən işlər və xərclənən vəsait barədə məlumatlar mütəmadi olaraq kütləvi informasiya vasitəsi ilə ictimaiyyətə çatdırılmalıdır.
Şərhlər
  • Zümrüd

    Maraqlıdır... Hamı yazır ki, indiyə kimi nə qədər məmur dövlət vəsaitini mənimsəyib, rüşvətxorluqla məşğul olub. Təbiidir ki, onlar ifşa olunub, vəzifələrindən kənarlaşdırılıblar. Amma təəssüf ki, əksəriyyəti layiqli cəzalarını almayıb, əmlakları müsadirə olunubsa bi barədə ətraflı məlumat verilmir... Müsadirə olunmuş pulların, qiymətli əşyaların, mülklərin, obyektlərin nə bilim nələrin, nələrin taleyi necə olur... Bütün bunlar qaranlıq qalan məsələlərdir....

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər