Ru
10:21 / 02 Aprel 2026

Elə bildik, raket düşdü - FOTO

Elə bildik, raket düşdü - FOTO
Eye

“Ağac evin üstünə necə aşdısa, elə bildik ki, raket düşdü. Hazırda çox çətin vəziyyətdəyik, ev tamamilə yararsız haldadır”.

Bakupost.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Masallı şəhər Ərkivan qəsəbəsinin Cəbili məhəllə sakini İltifat Cəbiyev müraciət edib.

Zərərçəkənin sözlərinə görə, aidiyyəti qurum tərəfindən evə baxış keçirilsə də, problem həll yolunu tapmayıb: “Həyətimizdə böyük bir ağac var idi. Gecə saatlarında yağış və küləyin təsiri ilə evin üzərinə aşdı. Ailəmizdə onkoloji xəstə var, o da çox qorxdu”.

İ.Cəbiyev hadisə nəticəsində çox çətin vəziyyətə düşdüklərini əlavə edib: “Xoşbəxtlikdən heç kəs ciddi ziyan görmədi. Müvafiq qurumlar gəlib ağacları yığışdırdı, ancaq evimin üstü dağılıb. Bunun həll olunmasını istəyirik, belə yaşamaq çətindir. İndi bilmirəm xəstə ilə məşğul olum, yoxsa evin bu halına bir çarə tapım...”

Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, martın 31-i saat 00:15 radələrində Masallı rayonunun Ərkivan qəsəbə sakini 1947-ci il təvəllüdlü Cəbiyev İltifat Abdin oğluna məxsus həyətyanı torpaq sahəsində olan qarağac ağacı fərdi yaşayış evinin üstünə aşıb: “Fərdi yaşayış evi 2 mərtəbədən ibarət olmaqla ümumilikdə 300 kv.m metrdir. Hadisə nəticəsində fərdi yaşayış evinin 90 kv.m hissəsi yararsız hala düşüb. Ev sahibi evin 1815-ci ildə inşa edildiyini bildirib və ağacın da məhz evin tikintisi zamanı əkildiyini qeyd edib.

Hadisə baş verən kimi dərhal müvafiq qurumlar tərəfindən hadisə yerinə baxış keçirilib, aşan ağac evin üzərindən götürülərək ərazidən uzaqlaşdırılıb. Dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar