Ru
11:14 / 19 Yanvar 2026

Elgiz əməkdar artistin oğlunun ölümündən danışdı – “Emili o hala salana qədər əl çəkmədilər”

Elgiz əməkdar artistin oğlunun ölümündən danışdı – “Emili o hala salana qədər əl çəkmədilər”
Eye

Aparıcı Elgiz Əkbər Əməkdar artist Rəhman Rəhmanovun oğlu, mərhum müğənni Emil Rəhmanov barədə açıqlama verib.

Bakupost.az xəbər verir ki, aparıcı bu barədə “Elgizlə İzlə” verilişində danışıb.

Elgiz Əkbər bildirib ki, Emil Rəhmanovun narkotik asılılığına düşməsində ona paxıllıq edən həmkarının və ətrafındakıların mənfi təsiri güclü rol oynayıb:

“Rəhman müəllimin oğlu Emil çox istedadlı idi. Onu bu vəziyyətə salan paxıllığını çəkən müğənni olub. Bəzi adamlar kiminsə irəli getməsini qəbul edə bilmir. Xüsusilə də eyni sahədə olanlar arasında paxıllıq olur.

İnanırsınız, o uşağı o hala salana qədər əl çəkmədilər. Onun evini yıxdılar, elə bədbəxt etdilər ki, sonra da bilirsiniz, Emil yazıq gənc yaşında dünyasını dəyişdi. Artıq mümkün deyildi.

Hətta bir dəfə özüm onu həkimə apardım, dəhşətli vəziyyətdə idi. Həkim dedi ki, bu oğlanın canı necə sağlamdır… Dedi ki, onun etdiklərini fil etsəydi, dizlərini yerə qoyardı. Hələ bu nə yaxşı sağdır...”.

Xatırladaq ki, Emil Rəhmanoğlu 3 il əvvəl 44 yaşında xəstəxanada dünyasını dəyişib. Müğənni uzun müddət narkotik asılılığından əziyyət çəkmiş, həbs həyatı yaşamışdı. İlk evliliyindən bir övladı var.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar