Ru
11:00 / 20 Avqust 2020

Əli Həsənov ölkədən getdi - Təcili - VİDEO

4258
Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov dünən axşam təcili olaraq Türkiyəyə aparılıb.

"BakuPost" xəbər verir ki, bu barədə məlumatı Ə.Həsənovun qohumları sosial şəbəkələrdə paylaşıb.


Onun yaxın qohumu Elton İbrahimov bildirib ki, son bir neçə həftə ərzində Əli Həsənovun ürək-damar sistemindəki problemlər kəskin şəkildə özünü büruzə verməyə başlayıb: "O, ev şəraitində müalicə alsa da, dünən gecə səhhəti qəflətən pisləşdiyiinə görə Türkiyəyə yola salınıb və dərhal da xəstəxanaya yerləşdirilib”.



Məlumata görə, onunla birlikdə həyat yoldaşı Sona Vəliyeva da Türkiyəyə yollanıb.


Qeyd edək ki, Ə.Həsənov bir neçə ildir ağır ürək xəstəliyindən əziyyət çəkir. O, indiyədək 2 dəfə açıq ürək əməliyyatı keçirib.


Xatırladaq ki, Ə.Həsənov 2019-cu ilin noyabrında tutduğu vəzifədən uzaqlaşdırılıb. Ondan sonra ona qarşı müxtəlif ittihamlar irəli sürülüb. Hətta onun həbs ediləcəyi barədə məlumatlar da yayılıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər