Ru
09:00 / 26 Avqust 2021

Əli Həsənovdan qızının işdən çıxarılması ilə bağlı AÇIQLAMA - VİDEO - YENİLƏNİB

24643

Mətnə video əlavə olunub.


***


25.08.2021/17:04


Prezidenin sabiq köməkçisi Əli Həsənov qızı Səfiyə Mehbalıyevanın işdən çıxarılması ilə bağlı yayılan xəbərə münasibət bildirib.


Bu barədə Bakupost.az -a danışan Ə.Həsənov bildirib ki, o, xaricdə təhsil almaq məqsədilə öz ərizəsi əsasında işdən azad olunub:


"Mən hələ Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri olarkən qızım Səfiyə xaricdə təhsil almaq məqsədilə öz ərizəsi ilə işdən azad olunub və Londonda təhsil alır. Sadəcə olaraq akademiyanın saytı yenilənməyib deyə, onun adı indi götürülüb. Saytda onun indi işdən çıxarılmasının göstərilməsi texniki xətadır”.




***

15:46


Prezidenin sabiq köməkçisi Əli Həsənovun qızı Səfiyə Mehbalıyeva (Həsənova) Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasındakı işindən azad olunub.


Bakupost.az Yeniavaz.com-a istinadla xəbər verir ki, “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında işləyən müəllimlərdən yalnız Səfiyə Mehbalıyeva işdən azad olunub. Aralarında 2 millət vəkili - Elman Nəsirov və Musa Qasımlının da olduğu kafedranın digər müəllimləri öz vəzifələrində saxlanılıblar.

Qeyd edək ki, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına 20 il Əli Həsənov rəhbərlik edib və qızını da həmin kafedranın müəllimi vəzifəsinə təyin edib.

Əli Həsənovun 1990-cı ildə anadan olan qızı Səfiyə Mehbalıyeva “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi olmaqla bərabər, eyni zamanda “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədr müavini olub. Qeyd olunan İctimai Birliyin sədri isə “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi Elçin Əhmədovdur.

Məlumat üçün bildirək ki, Əli Həsənovun qızı Səfiyə Mehbalıyeva eyni zamanda Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin oğlu - Qaradağ rayon Polis İdarəsinin sabiq rəisi, polkovnik İsfəndiyar Mehbalıyevin həyat yoldaşıdır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər