Ru
16:01 / 02 Dekabr 2025

Əli Kərimlinin həbsi – AXCP bağlana bilər?

Əli Kərimlinin həbsi – AXCP bağlana bilər?
Eye

“Həbs dairəsinin genişlənəcəyini düşünmürəm. Çünki Azərbaycanda dövlət çevrilişi ilə bağlı hər hansı hərəkətlilik və ya şübhəli proses müşahidə etməmişik. Amma istisna etmirəm ki, iqtidarın əlində ictimaiyyətə məlum olmayan materiallar var. Buna görə də istintaqın şəffaf aparılmasına ümid etməli və prosesin sonunu gözləməliyik”.

Bakupost.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimlinin həbsi ilə bağlı danışarkən deyib.

O, Əli Kərimlinin ağır maddə ilə (hakimiyyətin ələ keçirilməsinə cəhd) həbs olunmasının AXCP-nin ləğvinə səbəb ola biləcəyi ehtimalından da danışıb:

“Burada söhbət partiyanın sədrindən, Əli Kərimlidən gedir. Yalnız partiya rəhbərliyi və orqanları hər hansı qanunsuz qərarı kollektiv şəkildə qəbul edibsə, o zaman partiyanın bağlanması gündəmə gələ bilər. Qanunvericiliyə görə, ayrı-ayrı üzvlərin törətdiyi cinayətə görə partiya məsuliyyət daşımır. Lakin partiyanın özünün hansısa qanunsuz addımı və ya qərarı sübuta yetirilərsə, o halda partiyanın bağlanması üçün hüquqi prosedurlar işə düşə bilər”.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli “Ramiz Mehdiyev işi” çərçivəsində istintaqa cəlb edilib. O, CM-in 278.1-ci maddəsi ilə ittiham edilib və barəsində 2,5 aylıq həbs qətimkan tədbiri seçilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar