İranda molla rejiminə qarşı etirazlar davam edir. Ölkə valyutasının ən aşağı səviyyəyə düşməsindən sonra bu proses daha da kəskinləşib. Bu etirazlardan birində İranın dini liderini tənqid edən 27 yaşlı Ümid Sərlək canlı yayımda Əli Xameneinin şəklini yandırıb.
Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, etirazdan bir neçə saat sonra həmin gəncin meyiti tapılıb.
Başından güllələnən Ümid Sərləkin meyitinin yanında tapança tapılıb.
İran mediası gəncin intihar etdiyini yazıb.
Cavid, BakuPost