Rəsmi rəqəmlərə görə, son 5 ildə Azərbaycanda doğulan
körpələrə verilən adlar arasında dini adlar üstünlük təşkil edib.
BakiPost.az xəbər verir ki, bu dövr ərzində dünyaya
gələn oğlan uşaqlarından 17418-nə Yusif adı verilib. Bundan başqa, Zəhra
(16676), Fatimə (12014), Hüseyn (11992), Əli (11783), Zeynəb
(7859), Ömər (7620), Məhəmməd (7495), Xədicə (6197), Məryəm
(5649), İbrahim (4962), Amin (2554), Adəm (1361), Həsən
(3558), İsmayıl (3296), Mehdi (2310), Aişə (1579) kimi
adlar da verilən isimlər sırasındadır.
Bir çox hallarda müraciət forması kimi bu adlar
qısaldılır. Əliyə "Əlişka”, "Alik”, Məhəmmədə "Mamed”, "Maqa”, Hüseynə "Hüsü”, "Qusik”,
Fatiməyə "Fatoş” deyə müraciət olunur... Bəziləri dini adların qısaldılmasının
düzgün olmadığını və günah olduğunu deyir.
BakiPost.az-ın əməkdaşları paytaxt əhalisinə "Uşaqlara
dini adların qoyulmasına münasibətiniz?” sualı ilə müraciət edib.
Həmin sorğunu təqdim edirik:
Sevda Ulutau
Nigar Əliyeva