Ru
11:28 / 22 Dekabr 2025

Əliyev Rusiyaya niyə getmədi? - Politoloqdan ilginc versiya

Əliyev Rusiyaya niyə getmədi? - Politoloqdan ilginc versiya
Eye

“Rusiya Prezidenti Vladimir Putin oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezideni İlham Əliyevlə görüşdə ötən ilin dekabr ayında təyyarə qəzasında ölənlərin ailələrinə və yaralananlara kompensasiya ödəniləcəyini vəd etmişdi. Kreml sahibinin həmin görüşdəki cümləsi beləydi: “Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək””.

Bakupost.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Putin söylədiklərinin heç biri yerinə yetirmədi, nə kompensasiya ödənildi, nə də vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verildi:

“Bundan başqa Qazaxıstan təyyarə qəzasıyla bağlı yaratdığı komissiyanın yekun hesabatını da açıqlamayıb. Halbuki, bütün faktlar ilk gündən bəlliydi. Bunlar varkən, Kreml Rusiyada azərbaycanlıların formalaşdırdıqları diaspora təşkilatlarını nəzarətə götürməyə və özünə loyal şəxsləri diaspora rəhbərliyinə təyin etməyə başladı. Belə vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda işinə başlayan MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısına qatılması ehtimalı az idi”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar