Ru
11:34 / 26 Noyabr 2021

Elşad Baratın şəhidlərə yazdığı şeirlər kitab oldu - FOTO

4697
Şair Elşad Baratın şəhidlərə yazdığı şeirlərdən ibarət "Ölümsüzlər" adlı kitabın ilk cildi işıq üzü görüb.

Bakupost.az xəbər verir ki, 300 səhifəlik kitabda 100-ə yaxın şəhid haqqında ətraflı məlumat, şeir və şəkillər toplanmışdır. Kitaba ön sözü millət vəkili Adil Əliyev, xalq şairi Sabir Rüstəmxanlı və şair Ağacəfər Həsənli yazıb.

Kitab "Avrora Qrup"un maddi dəstəyi ilə Qanun Nəşriyyatında çap edilib.

Kitabın redaktoru tanınmış tənqidçi Əsəd Cahangirdir.

Qeyd edək ki, Vətən Müharibəsi vaxtı və ondan sonra Elşad Baratın şəhidlərə yazdığı şeirlər diqqət çəkib, sosial şəbəkələrdə minlərlə istifadəçi tərəfindən paylaşılıb.

Elşad Baratın şəhidlərə yazdığı şeirlər kitab oldu - FOTO
Elşad Baratın şəhidlərə yazdığı şeirlər kitab oldu - FOTO
Elşad Baratın şəhidlərə yazdığı şeirlər kitab oldu - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər