Ru
19:43 / 28 İyul 2025

Ərdoğan açıqladı: Sülh masası Türkiyədə qurulacaq

Ərdoğan açıqladı: Sülh masası Türkiyədə qurulacaq
Eye

“Rusiya-Ukrayna müzakirələrindən sonra sülh masası da Türkiyədə qurulacaq”.

Bakupost.az xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra deyib.

O, çıxışında diqqəti ölkəsinin həyata keçirdiyi diplomatik missiyaya yönəldib:

“Rusiya-Ukrayna müharibəsinin ilk günündən sülhpərvər siyasət həyata keçirmişik. Müzakirə masası İstanbulda qurulduğu kimi sülh masası da Türkiyədə qurulacaq və bu qanlı müharibəyə nöqtə qoyulacaq”.

Türkiyə lideri bu prosesin ölkəsinin beynəlxalq arenadakı vasitəçilik rolunu gücləndirəcəyini də söyləyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar