Ru
15:50 / 06 Mart 2026

Ərdoğan İranla bağlı xəbərdarlıq etdi

Ərdoğan İranla bağlı xəbərdarlıq etdi
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İtaliya Baş naziri Corciya Meloni ilə telefon danışığı aparıb.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, liderlər Türkiyə-İtaliya münasibətləri və regiondakı münaqişəli prosesin gedişi başda olmaqla, qlobal məsələləri müzakirə ediblər.

Prezident bildirib ki, Türkiyə İranda baş verən hadisələr və onların regiona təsirini yaxından izləyir və sabitliyi poza biləcək addımlardan çəkinilməsi üçün tərəflərə lazımi çağırışlar olunub.

Ərdoğan vurğulayıb ki, Türkiyə diplomatik mühitin gücləndirilməsinin tərəfdarıdır və beynəlxalq ictimaiyyət bunun üçün birlikdə çalışmalıdır. Onun sözlərinə görə, davam edən münaqişə qlobal təhlükəsizliyi də təhlükə altına sala biləcək risklər daşıyır.

Türkiyə Prezidenti həmçinin qeyd edib ki, region və dünyada baş verən münaqişələr NATO müttəfiqlərinin, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığını artırmasının vacibliyini bir daha göstərir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar