Ru
19:18 / 01 Oktyabr 2025

Ərdoğan: Terror artıq sona çatmaq üzrədir

Ərdoğan: Terror artıq sona çatmaq üzrədir
Eye

1984-cü ildən bəri on minlərlə insanın həyatına son qoyan və 2 trilyon dollar həcmində iqtisadi itkiyə səbəb olan terror bəlası artıq sona çatmaq üzrədir.

Bakupost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" platformasında yazıb.

"Türkiyə Cümhuriyyəti dövləti heç bir dünyəvi güc qarşısında diz çök­məz, boyun əyməz, güzəştə getməz və suverenliyini əsla müzakirə mövzusu etməz. Bəzi müxalifət partiyalarının təxribatları ilə zehnində sual yaranan vətəndaşlarımız varsa, hamısı arxayın olsunlar. Xüsusilə, şəhidlərimizin əziz ailələri və qazilərimiz bilsinlər ki, onların müqəddəs xatirəsinə kölgə sala biləcək heç bir addımın atılmasına nə hökumət olaraq biz, nə də Cümhur İttifaqındakı tərəfdaşımız Milliyyətçi Hərəkat Partiyası, nə də uca Məclisimiz əsla icazə verməyəcək" - deyə, Ərdoğan əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar